"Azərenerji” ASC avtonəqliyyat vasitələrinin tədarükçüsünü seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Birinci tenderin predmeti iki ədəd 28 m və 32 m hündürlüyə qaldırıcı açıq kabini olan yeni yük avtomobilinin satın alınmasıdır.
İkinci tenderin predmeti bir ədəd yeni 12 sərnişinlik avtomobilin satın alınmasıdır.
Hər iki tender üzrə şirkətlərdən tender sənədləri 19 yanvar 2021-ci il saat 09:00-dək qəbul olunur. Tender proseduru 21 yanvar saat 09:00-da baş tutacaq.
Tenderlərin hər birində iştirak haqqı - 500 manat təşkil edir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Əlaqə telefonları: (012)598-26-96, 490-09-27, 598-05-56, əlaqələndirici şəxs – Elçin İsmaylov. **
N.Abbasova