Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişiklik icbari tibbi sığorta (İTS) çərçivəsində göstərilən xidmətlərə vergi güzəştlərinin müddətinin uzadılmasını nəzərdə tutur.
Dəyişikliyə əsasən, İTS çərçivəsində göstərilən tibbi xidmətlər 1 yanvar 2022-ci il tarixinədək ƏDV-dən azad edilir.
Mövcud qanunvericilik İTS çərçivəsində tibbi xidmətlərin 1 yanvar 2021-ci il tarixinədək ƏDV-dən azad edilməsini nəzərdə tutur.*
Ə.Məmmədov