2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 33% - 136,1 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $33 milyon 624,9 min məbləğində (azalma 30,1%) qiymətləndirilir.
Yanvar-oktyabr aylarında Azərbaycana $106 milyon 61,4 min dəyərində (artım 57,7%) 566 min ədəd (artım 23,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 3,7% - 143,2 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $28 milyon 364,4 min (azalma 7,7%) təşkil edir.*
B.Rüstəmbəyov