2020-ci ilin yekunları üzrə Ukrayna ərazisi ilə Belarusa 880 min ton Azərbaycan nefti nəql ediləcək. Bu barədə "Naftoqaz" neft divizionunun rəhbəri və "Ukrtransnafta" SC-nin baş direktoru Nikolay Qavrilenko məlumat verib.
"2020-ci ilin yekunları üzrə Ukrayna ərazisi ilə “Yujnıy” dəniz neft terminalından Belarusa 880 min ton Azərbaycan nefti nəql ediləcək ki, bunun da 80 min tonu ixrac rejimində həyata keçiriləcək", - deyə o, "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib.
“SOCAR Trading” 2020-ci ilin mart ayında "Belneftexim"ə neft tədarük etməyə başlayıb. "Belneftexim"in məlumatına görə, SOCAR cari ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.*