Azərbaycanda koronavirus infeksiyasına daha 3 962 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 195,422 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2133 nəfərə çatıb.
Virusa yoluxmuş 131,252 min nəfər (sutka ərzində +4 188) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 62 min 37 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 31,308 min test aparılıb.*
X.Nəsirzadə