Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsindən RF-yə alma idxalına qoyduğu qadağanı dekabrın 21-dən aradan qaldırır.
Qurumun məlumatına görə, bu müəssisələr Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olaraq cari ildə karantin obyektlərinin qeydə alınmadığı Şabran rayonunda yerləşir.
"Bu qərar yetişdirilən məhsulla bağlı karantin fitosanitar nəzarətinin gücləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi məlumatlar, eləcə də becərilən ərazilərin fitosanitar monitorinqi və yoxlamasının nəticələri əsasında qəbul edilib”, - deyə məlumatda bildirilir.*