Beynəlxalq Mina Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun zabiti dekabrın 17-də Şuşa yaşayış məntəqəsi bölgəsində yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Mina Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, lakin hospitala aparılarkən aldığı yaralardan ölüb”, - deyə məlumatda bildirilir.*