Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 199,127 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2175 nəfərə çatıb.
Virusa yoluxmuş 135,462 min nəfər (sutka ərzində +4 210) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 61 min 490 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17931, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 49,239 min test aparılıb.*
B.Rüstəmbəyov