Azərbaycanda koronavirus infeksiyasına daha 2 961 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 202,088 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2210 nəfərə çatıb.
Virusa yoluxmuş 139,779 min nəfər (sutka ərzində +4 317) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 60 min 99 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 63,754 min test aparılıb.*
B.Rüstəmbəyov