“SOCAR Methanol” MMC 2020-ci ilin yanvar-noyabr aylarında 439,9 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin 11 ayının göstəricisindən 19,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dekabrın 1-nə müəssisənin anbarında 7,3 min ton hazır məhsul olub.
2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.
Şirkət 2020-ci ildə metanol istehsalını təxminən 480 min ton həcmində proqnozlaşdırır.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.*
N.Abbasova