"Azərbaycan Sənaye Korporasiyası" ASC “ASK Şüşə” MMC-də biznes proseslərin təhlili və hədəflərin müəyyənləşdirilməsi üçün məsləhətçi seçir.
Seçim kotirovka sorğusu metodu ilə keçirilir.
Telefon: (077) 277 11 06.
Təkliflər 2020-ci il dekabrın 29-dək qəbul olunur.
“ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında yaradılıb. Müəssisə Bakı şəhərində 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir. Zavodun illik istehsal gücü 80-85 milyon ədəd şüşə qabdır.*
B.Rüstəmbəyov