Azərbaycan hökuməti 2021-ci il dövlət büdcəsində neftin proqnoz qiymətinə yendən baxaraq onu $40-a qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2021-ci il büdcəsinin layihəsi parlamentə təqdim olunub. Əgər payızda büdcənin ilkin variantında neftin 1 barelinin qiyməti $35 səviyyəsində nəzərdə tutulmuşdusa, parlamentə təqdim edilmiş layihədə qiymət $40 təşkil edir”, - deyə məlumatda bildirilir.
Bununla belə, Maliyyə Nazirliyində hesab edirlər ki, 2021-ci ildə neftin bir barelinin satış qiyməti $35-a enərsə, dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3% azalma ola bilər.
2020-ci il dövlət büdcəsində neftin 1 barelinin qiyməti $35-dan hesablanıb.*
A.Əzizov