Azərbaycan hökuməti işğaldan azad olunmuş Qarabağda bərpa işlərinin həyata keçirilməsi üçün 2,2 milyard manat ($1,3 milyard) vəsait ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin maliyyələşdirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Bu vəsaitin işğaldan azad olunmuş ərazilərdə kommunal infrastrukturun və mədəni-tarixi abidələrin bərpasına yönəldilməsi planlaşdırılır.*
A.Əzizov