Prezident İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.
“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inkişafında əldə olunan nailiyyətlər qeyd edilib, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirilib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Tərəflər, həmçinin iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*