Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ailənizə üz vermiş ağır itki - böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”, - deyə başsağlığı məktubunda bildirilir.
“TRT Haber”in məlumatına görə, Əhməd Ərdoğan 73 yaşında vəfat edib. O, ürək xəstəliyindən əziyyət çəkirdi.*
X.Nəsirzadə