Azərbaycan hökuməti 2021-ci ilin yazında ölkə ərazisində icbari tibbi sığorta sisteminin (İTS) tətbiqini başa çatdırmağı planlaşdırır.
“2020-ci ilin yanvar ayından etibarən ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb”, - deyə Maliyyə Nazirliyinin 2021-ci il üzrə büdcə materiallarında bildirilir.
2021-ci ilin yanvar ayından etibarən 36 şəhər və rayonda İTS tətbiq olunacaq.
“2021-ci ilin aprel ayından qalan 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) icbari tibbi sığorta tətbiq olunacaq”, - deyə məlumatda qeyd olunur.
İTS-in tətbiqi sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2021-ci ilin dövlət büdcəsindən 1 milyard 44,7 milyon manat ($614,5 milyon) ayrılacaq ki, bu da 2020-ci illə müqayisədə 6,2% çoxdur.*
A.Əzizov