"SOCAR Petroleum" QSC “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 37-yə çatdırıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Lerik rayonunun Piran kəndində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib”, - deyə məlumatda bildirilir.
YDM-də “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.*
N.Abbasova