Azərbaycan 2021-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə 274,3 milyon manat yönəltməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Bu maddə 2021-ci il dövlət büdcəsinin xərclərinin təxminən 1,1%-ni təşkil edəcək.
“Bu xərclərin 7,5 milyon manatı beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq üzrə xərclərə, 18,5 milyon manatı beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq (üzvlük haqqı) xərclərinə, 135,3 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanması xərclərinə, 10 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 7 milyon manatı digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə yönəldiləcək”, – deyə məlumatda bildirilir.
Bundan başqa, gələn il beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərə 96 milyon manat məbləğində vəsaitin ($56,5 milyon) yönəldilməsi planlaşdırılır.*
Ə.Məmmədov