Bakı Nəqliyyat Agentliyi (BNA) 2021-ci ildə Türkiyədən 355 ədəd yeni avtobus alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BNA-dan məlumat verilib.
“Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2021-ci ildə 355 ədəd sərnişin avtobusu alınacaq. 205 ədəd avtobusun uzunluğu 9, 150 ədəd avtobusun uzunluğu isə 12 metrdir. Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq”, - deyə məlumatda bildirilir.
Avtobuslar Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.
Müqavilə dekabrın 10-da imzalanıb.*
X.Nəsirzadə