Dekabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
“Nazirlər 10 noyabr tarixli birgə Bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.*
R.Əhmədov