Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova