Noyabrın 10-dan etibarən Qarabağda 12 mülki şəxs və hərbçi minaya düşərək həyatını itirib, daha 21 nəfər isə xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal müddətində minalanıb. Hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 7 mülki şəxs və 14 hərbçi işğaldan azad edilmiş ərazilərdə minaya düşərək xəsarət alıb.*
R.Əhmədov