Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq ölkə qanunvericiliyində bir sıra dəyişikliklər hazırlayıb.
"Yerli qanunvericiliyin Ümumdünya Antidopinq Məcəlləsinə uyğunlaşdırılması məqsədilə AMADA "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklərlə bağlı layihələr hazırlayıb", - deyə agentliyin məlumatında bildirilir.
Cari ildə müvafiq milli idman federasiyalarına 6 idman növü üzrə antidopinq qaydalarını pozmuş 12 idmançının nəticələrinin ləğv olunması və medallarının geri alınması ilə bağlı məktublar göndərilib.
“2020-ci il ərzində 11 idman növü üzrə 24 antidopinq qayda pozuntusu ilə bağlı araşdırma aparılıb. Bunlardan 11-i ilə bağlı qərar verilib, 13-ü ilə bağlı araşdırma davam edir. Boksda 4, ağır atletika, cüdo, taekvondo və karatedə 3, velosiped idmanı və güləşdə 2, futbol, paracüdo, yüngül atletika və samboda 1 nəfər qayda pozuntusuna yol verib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə