“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” (DTSERA) publik hüquqi şəxsi avtomobillərin satın alınmasına təxminən 502 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərmaş” MMC ilə 501,7 min manat dəyərində müqavilə bağlanıb.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının 29-da baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 milyon sərmayə qoyulub.*
B.Rüstəmbəyov