2021-ci ildə özünü maliyyələşdirən rayon və şəhərlərin sayı 39-dan 42-yə çatacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.
«2021-ci ildə özünü maliyyələşdirən şəhər və rayonların sayı 42 olacaq», - deyə o, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, qalan rayonların xərclərinin ödənilməsi üçün gələn ilin dövlət büdcəsindən ayrılacaq vəsait yerli xərclərin ümumi həcminin 6,3%-ni təşkil edəcək.*
Ə.Məmmədov