Gürcüstanın baş naziri vəzifəsini icra edən Georgi Qaxariya ölkəsinin qonşularla münasibətlərdə neytrallığını, İrəvan və Bakı ilə mehriban qonşuluq münasibətlərini saxlamaq niyyətində olduğunu bildirib.
"Regionda münaqişə ilə bağlı mürəkkəb çağırışlara baxmayaraq, Gürcüstan qonşularla mehriban qonşuluq münasibətlərini saxlamağa imkan verən neytrallığını qoruyub saxlaya bildi", - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
"Bu, bizim regional mehriban qonşuluq funksiyasını gələcəkdə də yerinə yetirə bilməyimiz üçün son dərəcə vacibdir", - deyə o bildirib.
“Bu gün regiondakı vəziyyətdən çox ehtiyatla danışmaq və qiymətləndirmək lazımdır, çünki təəssüf ki, baş verənlərin yekun nəticələri hələ heç kimə aydın deyil. Bu dəyişikliklərin konturlarını görə bilməyimiz üçün vaxt lazımdır ki, bu da Gürcüstanın bu dəyişikliklərə münasibətdə mövqe tutması üçün vacibdir", - deyə Qaxariya bəyan edib.*