Azərbaycan hökuməti 2021-ci ildə əhali üçün yaşayış minimumunu 196 manat məbləğində müəyyən etməyi planlaşdırır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"2021-ci ildə yaşayış minimumunun 196 manat, o cümlədən əmək qabiliyyətli vətəndaşlar üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsi təklif olunur", - deyə M.Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
2020-ci il üçün yaşayış minimumu 190 manat məbləğində müəyyən edilib. Beləliklə, 2021-ci ildə yaşayış minimumunun 3,2% artırılması planlaşdırılır.*
Ə.Məmmədov