“Aqroservis” ASC kənd təsərrüfatı texnikalarının texniki müayinəsi və diaqnostikası üçün şirkət cəlb edir.
Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Telefon: (+99451)206-47-34.
Təkliflər 25 dekabr 2020-ci il tarixinədək qəbul olunur.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) keçir.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov