“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi avtomobillərin satın alınmasına 1,5 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərmaş” MMC ilə 1 milyon 560 min manat dəyərində müqavilə bağlanılıb.
“Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının 29-da baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 milyon sərmayə qoyulub.*
B.Rüstəmbəyov