Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib.
Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.
“Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər, şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb”, - deyə Nazirlər Kabinetinin məlumatında bildirilir.*