Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.
Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirmişdi ki, Azərbaycan hökuməti yaxın günlərdə işsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesinə başlayacaq.
"Hazırda biz yenidən sərtləşdirilmiş karantin rejimindəyik və nəticədə 600 min vətəndaş qazancsız qalıb və yardıma ehtiyacı var. Bu məqsədlə 120 milyon manata yaxın vəsait ayrılacaq", - deyə o qeyd edib.
Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar Azərbaycan hökuməti 600 min nəfərə 190 manat məbləğində (təxminən $112) birdəfəlik ödəmənin verilməsini bərpa edəcək. Kompensasiya daha əvvəl dövlət yardımı almış şəxslərə veriləcək.*
B.Rüstəmbəyov