Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev bu gün telefon danışığı zamanı ikitərəfli əlaqələrin genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib”, - deyə dövlət başçısının mətbuat xidmətinin məlumatında qeyd olunur.
Prezidentlər Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.*
R.Əhmədov