Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə onun ünvanına təbrik teleqramı göndərib.
Savelyev dövlət başçısını II Qarabağ müharibəsində qələbə münasibətilə təbrik edib və onun siyasi iradəsini qeyd edib.
“Bu il sizin həyat yolunuzda xüsusi ildir. Azərbaycanın suverenliyini qorumaqda və taleyüklü qərarlar qəbul etməkdə sarsılmaz mövqeyiniz öz bəhrəsini verdi. Ölkənin ərazi bütövlüyü bərpa edildi, ədalət və həqiqət qalib gəldi. Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirərək doğma Azərbaycanı qədim mənşəyinə qaytardınız və respublikanın tarixi əzəmətini dirçəltdiniz”, - deyə təbrikdə bildirilir.
Savelyev, həmçinin Bakı ilə Moskva arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə və əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
“Əminəm ki, möhkəm strateji tərəfdaşlıq və sınaqlardan keçmiş dostluğun bağladığı Rusiya və Azərbaycan konstruktiv əməkdaşlığı genişləndirmək yolunda əl-ələ verməyə davam edəcəklər”, - deyə Savelyev vurğulayıb.*
X.Nəsirzadə