Ötən gün Qarabağda aparılan axtarış işləri nəticəsində 8 erməni hərbçisinin cəsədi aşkar edilib. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Unan Tadevosyan məlumat verib.
Axtarış işləri Hadrut, Şuşa, Cəbrayıl və Zəngilanda davam etdirilir.
Onun sözlərinə görə, indiyədək ümumilikdə 1069 erməni hərbçisinin cəsədləri aşkarlanıb.*