Dövlət Gömrük Komitəsi (DGK) yeni inzibati binasının tikintisinə 30 milyon manat (cari məzənnə ilə $17,65 milyon) yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, DGK qeyd olunan işlərin yerinə yetirilməsi məqsədilə podratçı qismində “Progress” Sənaye-İstehsalat Şirkətini cəlb edib.
Şirkətlə 30 milyon manat dəyərində müqavilə bağlanıb.
Daha əvvəl Dövlət Gömrük Komitəsi yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsi üçün “Progress” şirkəti ilə 1 milyon 331 min 832,61 manat dəyərində müqavilə bağlamışdı.*
N.Abbasova