"Vedomosti" qəzeti "İlin adamı" adına namizədlərin qısa siyahısını dərc edib.
Namizədlər siyahısına Azərbaycan Prezidenti də daxil olub: "İlham Əliyev haqlı olaraq, 2020-ci ildə Ordusu inamlı hərbi qələbə, regionun standartlarına görə isə zəfər qazanmış yeganə lider adlandırıla bilər".
"MDBMİ-nin məzunu olan və ətrafı həm Türkiyə, həm də Rusiya elitaları ilə möhkəm əlaqələrə malik olan Azərbaycan Prezidenti müharibədə qələbə qazandıqdan sonra indi də sülh qazanmalıdır", — deyə nəşr vurğulayır.
"İlin siyasətçisi" adına namizədlərin siyahısına Türkiyə, Rusiya, Belarus, Fransa və ABŞ prezidentləri də daxil edilib.
Türkiyə prezidentinin 2020-ci ildəki fəaliyyətini qiymətləndirən nəşr yazır: "Rəcəb Tayyib Ərdoğan Ermənistanla qarşıdurmada Azərbaycana diplomatik nöqteyi-nəzərdən maksimum dəstək göstərib”.
Səs vermək üçün https://persona2020.vedomosti.ru linkinə keçid edə bilərsiniz.*
A.Əzizov