Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.
“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə sanballı uğurlar əldə edib”, - deyə Azərbaycan Prezidentinin saytında dərc olunmuş təbrik məktubunda bildirilir.
“Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfəniz çox böyükdür. Ümidvaram ki, biz birgə səylərimizlə bütün istiqamətlərdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bundan sonra da inkişaf etdirəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”, - deyə Putin vurğulayıb.
Dekabrın 24-də Prezident İlham Əliyevin 59 yaşı tamam olur.*
A.Əzizov