Prezident İlham Əliyev bəyan edib ki, Qarabağda hərbi əməliyyatlardan sonra bir sıra Qərb ölkələrinin Qarabağa dair qəbul etdikləri qətnamələrdə Bakıya qarşı irəli sürülən ittihamları əsassız hesab edir.
“Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir”, - deyə dövlət başçısı işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olarkən bildirib.*
B.Rüstəmbəyov