Gürcüstanın baş naziri Giorgi Qaxariya bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın baş naziri İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə