Prezident İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.
Bu, səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə haqqında ikinci sərəncamdır. 2 dekabr tarixli birinci sərəncam dövlət başçısının 2020-ci il 28 sentyabr tarixli sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların bir qisminin 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsini nəzərdə tuturdu.*
B.Rüstəmbəyov