Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 3 milyard 585 milyon 516,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 6 milyon 340,4 min manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə köçürmələr 10,5% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 511,07 milyon manat, aksizlər üzrə 128 milyon 129,4 min manat, yol vergisi üzrə 33 milyon 321,2 min manat təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 912 milyon 995,8 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 milyard 830 milyon manat təşkil edir.*
Ə.Məmmədov