Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurin Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“2020-ci ildə bütün dünya COVID-19 pandemiyası səbəbindən misli görünməmiş bir çox çətinliklərlə üz-üzə qaldı. Böhranlara baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və əsas karbohidrogen infrastrukturunun inkişafı, o cümlədən müasir Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası istiqamətində qazanılmış mühüm nailiyyətlər ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş və davamlı enerji tədarükçüsü kimi nüfuzunu daha da artırıb”, - deyə Sentyurinin təbrik məktubunda bildirilir.
“Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumundakı nüfuzunu nəzərə alaraq, 2021-ci ildə GECF-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Doha şəhərində keçiriləcək 6-cı Sammiti ərəfəsində ölkənizlə əməkdaşlığı daha da dərinləşdirmək niyyətimi bir daha vurğulamaq istərdim. GECF və qaz ixrac edən ölkələr üçün əlamətdar hadisə olan həmin tədbirdə Zati-alinizlə şəxsən görüşmək mənim üçün böyük şərəf olardı”, deyə Sentyurin vurğulayıb.*
B.Rüstəmbəyov