Azərbaycan Beynəlxalq Bankı (ABB) 2021-ci ildə Şuşa şəhərində yeni filialını açmağı planlaşdırır. Bu barədə bankın məlumatında deyilir.
“ABB artıq Şuşada ilk POS terminalını quraşdırıb. POS terminal Şuşada öz filialını açmış “AzCake” mağazasındadır. POS terminalın istifadəsi yalnız gələcəkdə mülki şəxslərin Şuşaya gəlişində istifadə üçün nəzərdə tutulub. Şəhərdə sahibkarlıq subyektlərinin sayı artdıqca burada bankın POS terminallarının sayı da artırılacaq. Eyni zamanda, Şuşada bankın bir neçə ATM-i quraşdırılacaq. Yaxın aylarda Şuşa şəhərində Azərbaycan Beynəlxalq Bankının filialının da açılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Azərbaycan Beynəlxalq Bankı işğaldan azad edilmiş ərazilərimizdə xidmətə başlayan ilk bankdır. Dekabrın əvvəlində Hadrut qəsəbəsində bankın ilk ATM-i quraşdırılıb.
“Bank azad edilmiş bütün rayonlarda öz filiallarını yaradacaq”, - deyə məlumatda qeyd olunur.
ABB 1992-ci ildə yaradılıb. Bankın 39 filialı və37 şöbəsi var.*
Ə.Məmmədov