Roma Papası Fransisk bu gün ənənəvi Milad müraciətində siyasətçiləri əməkdaşlığa çağırıb, Ukraynanın şərqində və Dağlıq Qarabağda sülh üçün dua edib.
"Beynəlxalq ictimaiyyətin və cəlb olunmuş ölkələrin Dağlıq Qarabağda, eləcə də Ukraynanın şərq hissəsində atəşkəsin davam etdirilməsinə sadiqliyinin möhkəmlənməsi üçün dua edirəm", - deyə o bildirib.*