Milli Məclisin bu gün keçirilən plenar iclasında “2021-ci il üçün yaşayış minimumu haqqında” qanun I oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat məbləğində müəyyən edilir.
2020-ci il üçün yaşayış minimumu 190 manat məbləğində təsdiq edilmişdi. Beləliklə, 2021-ci il üçün yaşayış minimumu 3,2% artacaq.
Əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumu 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.
Parlament, həmçinin gələn il üçün ehtiyac meyarını 170 manat (2020-ci il üçün 160 manat) məbləğində təsdiq edib. Beləliklə, 2021-ci ildə bu göstərici 6,3% artacaq.*
Ə.Məmmədov