Azərbaycan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurası yaradıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Koordinasiya Şurasına aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxsləri daxil olub. Əməkdaşlıq üçün aidiyyəti işçi qrupların yaradılması, eləcə də PL/TMM sisteminin qiymətləndirilməsi təklif edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, 2022-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın PL/TMM sisteminin 5-ci raund qiymətləndirilməsinin başlanılması gözlənilir.*
Ə.Məmmədov