Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İclasda qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb. Tərəflər, həmçinin Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.*
Ə.Məmmədov