Şənbə günü səhərə olan vəziyyətə görə Ukraynada 7709 koronavirusa yoluxma faktı qeydə alınıb, 5145 nəfər sağalıb, 121 nəfər vəfat edib. Bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat verib.
“2020-ci il dekabrın 26-na Ukraynada 7709 koronavirusa yeni yoluxma faktı qeydə alınıb. Xüsusilə, 366 uşaq və 198 tibb işçiləri xəstələnib. Həmçinin, ötən gün ərzində 2888 nəfər xəstəxanaya yerləşdirilib, 121 nəfər - həyatını itirib, 5145 nəfər - sağalıb”, - Stepanov şənbə günü səhər Facebook səhifəsində yazıb. **