Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı “Sputnik V” vaksinin kütləvi vaksinasiya zamanı 60 yaşdan yuxarı şəxslərdə istifadəsinə icazə verib. Bu barədə səhiyyə naziri Mixail Muraşko məlumat verib.
“Səhiyyə Nazirliyi tibbi istifadə üzrə təlimata dəyişikliklərin daxil edilməsini təsdiq edib. Artıq 18 yaşdan artıq və daha yuxarı yaşı olan şəxslərdə “Sputnik V” vaksinin istifadəsinə icazə verilir. Beləliklə, hazırda yaşı 60-dan yuxarı olan vətəndaşlar koronavirus infeksiyasına qarşı vaksinasiyadan keçə bilərlər”, - Muraşko “Rossiya-24” telekanalının efirində bildirib.
O məlumat verib ki, tədqiqatlar zamanı yaşı yuxarı olan şəxslər üçün vaksinin təhlükəsiz tətbiqi təsdiq olunub.
Bundan əlavə, Muraşko dəqiqləşdirib ki, artıq Rusiyanın bütün regionlarında kütləvi vaksinasiyaya başlanılıb. **