Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 2020-ci ilin iyul ayındavəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə həbs olunan iki vəzifəli şəxsi - Fərhad Molla-zadə və Səlim Əlizadə ev dustaqlığına buraxılıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Səbail rayon Məhkəməsindən məlumat verilib.
“Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) iki vəzifəli şəxsi - Fərhad Molla-zadə və Səlim Əlizadənin barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar ev dustaqlığına buraxılıblar”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, cari ilin iyul ayında Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. **
X.Nəsirzadə